
Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verib. Universitetdən verilən məlumata görə, İradə Xəlilova universitetin rektoru vəzifəsindən ayrılıb.
Qeyd edilib ki, o, hazırda tədqiqat mərkəzinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.