lider-media.az

Mərhum general-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib

Baxış: 263 Tarix: 14-02-2025, 16:03

14 fevral 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən II Fəxri xiyabanda DSX rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı üzərinə güllər düzülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lider-Media.az-a verilən məlumata görə, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi