lider-media.az

ADA məktəbliləri üçün Ədliyyə Nazirliyində infotur təşkil edilib

Baxış: 223 Tarix: 13-02-2025, 18:11

Ədliyyə Nazirliyi və ADA məktəbi arasında əməkdaşlıq çərçivəsində məktəbin 10-cu sinif şagirdləri üçün infotur təşkil olunub.

Tədbir çərçivəsində şagirdlər Nazirliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən təqdimat zamanı hüquq sahəsinə maraq göstərən şagirdlərin sualları cavablandırılıb, onlara gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək imkanları barədə geniş məlumat verilib.

Daha sonra məktəblilər “Ədliyyə tarixi” muzeyinə baş çəkərək Azərbaycan ədliyyəsinin tarixi barədə eksponatlarla tanış olublar.

Səfərin sonunda məktəblilər Ədliyyə Nazirliyinin əməkdaşları ilə xatirə şəkli çəkdiriblər. Bu kimi infoturlar gənclərin hüquq sahəsinə marağını artırmaq, onların peşə seçiminə dəstək vermək və hüquqşünaslıq sahəsində gələcək kadrların yetişməsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi