lider-media.az

Bakıda "Rus evi"nin binası boşaldılır

Baxış: 152 Tarix: 12-02-2025, 16:17

Bakıdakı “Rus evi”nin paytaxtın mərkəzində yerləşən binası boşaldılır.Bu barədə Rus Evinin nümayəndəsi TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq lövhə binadan tamamilə götürülüb.

“Binanın çöl hissəsindən görmək olar ki, əvvəllər təşkilatın tədbirlərinin keçirildiyi foyedə və zalda divarlardan rəflərdəki rəsm, afişa və reklam lövhələri, suvenirlər götürülüb, səyyar sərgi bağlanıb”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi