lider-media.az

Sürücülərin nəzərinə: Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Baxış: 322 Tarix: 12-02-2025, 13:27

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib. Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək. 

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi