lider-media.az

Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Baxış: 284 Tarix: 13-01-2025, 20:40

image


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.Bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, yanvarın 15-dən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcəklər.

Qeyd edilib ki, əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üçün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi