lider-media.az

Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib

Baxış: 668 Tarix: 1-04-2024, 15:46

Nəsimi Rayon Polis İdarəsinin yeni istifadəyə verilmiş idman zalında polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib.

Tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən Lider-media.az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar diləyiblər.

Yarışda Nəsimi Rayon Polis İdarəsinin 110 əməkdaşı 4 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi