lider-media.az

FHN-in Gəncə Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib

Baxış: 197 Tarix: 11-02-2025, 12:58

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Gəncə Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib.Tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.Keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Gəncə Tibb Kollecinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak edib.Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış və ilkin yardım qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.

Sonda xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi