lider-media.az

Apellyasiya Məhkəməsində vəzifəsindən azad ediləcək 6 nəfərin instansiya məhkəmələrinə təyinatı nəzərdə tutulur

Baxış: 359 Tarix: 1-04-2024, 12:39

Təqdimata əsasən 32 nəfər hakimin müxtəlif instansiyalara təyin edilməsi ilə bağlı məsələ müzakirə olunur. Bir nəfər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd göstərilib.

Bu fikirləri Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçirilən iclasında səsləndirib.

O bildirib ki, təqdimatda 21 nəfərin instansiya məhkəməsindən apellyasiya məhkəməsinə təyinatı ilə bağlı namizədliyi irəli sürülüb.

“Altı nəfərin Apellyasiya Məhkəməsində vəzifəsindən azad edilərək instansiya məhkəmələrinə, iki nəfərin isə bir apellyasiya məhkəməsindən digərinə dəyişdirilməsi ilə bağlı təqdimat verilib”, - deyə Ali Məhkəmənin sədr müavini diqqətə çatdırıb.

Qeyd edək ki, Milli Məclisə təqdimatda 32 namizəddən 2-nin Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı məsələsi qaldırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi