lider-media.az

DİN bu şəxslə bağlı vətəndaşlara müraciət etdi - FOTO

Baxış: 319 Tarix: 10-02-2025, 09:41

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu ələ keçirib.

C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi