lider-media.az

DİN-dən yeni dələduzluq növü ilə bağlı xəbərdarlıq

Baxış: 252 Tarix: 8-02-2025, 10:28

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır.

Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır, bununla da real dələduzluq əməliyyatları həyata keçirilir. Bu cür halların təhlükə yaratdığını vurğulayan nazirlik rəsmisi insanların diqqətli və məlumatlı olmalarının vacibliyini bildirib.

"Xüsusilə tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunmaqla bu cür çağırışlar yayıla bilər. Buna görə də, hər kəs ehtiyatlı olmalı və süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara qarşı xəbərdar olmalıdır", - deyə Elşad Hacıyev əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi