lider-media.az

AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası

Baxış: 217 Tarix: 8-02-2025, 09:22

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.

Lider-Media.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci il fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur. Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL  xoş uçuşlar və unudulmaz səyahət arzulayır!

 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi