Füzuli şəhərində MİDA binaları ərazisində artıq bu ildən poçt şöbəsi fəaliyyətə başlayıb. Yanvar ayında Şuşada poçt şöbəsi istifadəyə verildi. Növbəti mərhələdə Laçın, Cəbrayıl, Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq. Bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev 2024-cü ilin maliyyə göstəriciləri ilə bağlı keçirilən brifinqdə deyib.
“Hazırda Bakıda 4 poçt filialı 135 şöbə fəaliyyət göstərir. Azərbaycanın işğaldan azad olunmuş regionlarımızda 11 poçt filialı 28 poçt şöbəsi var. Ölkə üzrə ümumilikdə 20 regional poçt filialı və 688 poçt şöbəsi fəaliyyət göstərir”, - deyə İsi Mustafayev əlavə edib.