lider-media.az

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Baxış: 158 Tarix: 6-02-2025, 19:02

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Məzahir Pənahovun sədrliyi ilə fevralın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Lider-media.az xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 1-də və 3-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də qatıldığı iclasda müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib, media nümayəndələrinə və maraqlı subyektlərə daxil olan müraciətlərin araşdırılmasında yaxından iştirak etmək üçün hər cür imkan yaradıldığı vurğulanıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi