lider-media.az

Bakıda cinayətkar dəstə saxlanıldı: Qadın da var

Baxış: 672 Tarix: 6-02-2025, 14:32

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.Qeyd edək ki, dəstə üzvləri zərərçəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi