Şəkidə Polad Bülbüloğlunun doğum günü ilə bağlı tədbir keçirildi

Fevralın 4-də Xalq artisti, bəstəkar və müğənni, Polad Bülbüloğlunun doğum günüdür.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə bəstəkar, musiqiçi, ictimai-siyasi xadim Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və MİHİ Şəki rayon Komitəsinin rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Polad Bülbüloğlunun yaradıcılıq fəaliyyəti işıqlandırılıb, bir-birindən ecazkar bəstələri və repertuarından nəğmələr səsləndirilib.
Tədbirin sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəis v.i.e. Emil Bədəlov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||