lider-media.az

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

Baxış: 154 Tarix: 5-02-2025, 22:15

KOBİA-nın Müşahidə Şurasının iclasında Agentliyin 2024-cü il üzrə hesabatı təqdim edilib, 2025-ci ilə dair planlar müzakirə olunub.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dair dair təqdimatlar keçirilib.  KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi