lider-media.az

İlin sonunadək "Azərbaycan Məhəlləsi"ndə 453 minə yaxın mənzil və iş yeri təhvil veriləcək -Video

Baxış: 282 Tarix: 5-02-2025, 18:33

Bu ilin sonunadək Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 452 min 983 mənzil və iş yeri vətəndaşlara təhvil veriləcək.Bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə qeyd olunub.Bildirilib ki, "Azərbaycan Məhəlləsi"nin inşası başa çatır:“Azərbaycan Məhəlləsi” 258 hektar ərazidə qurulub. Qardaş dövlət Azərbaycanın dəstəyi ilə burada 1 323 mənzilin inşası başa çatıb, açarlar sakinlərə təqdim ediləcək”.
Məlumata əsasən, burada təkcə ev və iş yerləri deyil, həm də xəstəxana və məktəblər yenidən qurulur:“Hətta xəstəxanalardan biri artıq fəaliyyətə başlayıb. Bir neçə ay içərisində dörd xəstəxana da istifadəyə veriləcək. İl sonuna qədər məktəblər fəaliyyətə başlayacaq. Məktəblərdən birinə Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin adı verilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi