lider-media.az

Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb

Baxış: 437 Tarix: 5-02-2025, 17:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. İnternat tipli xarici dillər təmayüllü gimnaziyada keçirilən qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.

Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

 

Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb
Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb
Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb
Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi