lider-media.az

Bu il daha 300-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq ediləcək

Baxış: 408 Tarix: 5-02-2025, 10:50

Bu il daha 300-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq ediləcək

Son 5 ildə 1300-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 300-dək peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir. Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas baza kimi qəbul olunur.Son 5 ildə 1300-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə daxil edilib.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi