lider-media.az

Bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib

Baxış: 551 Tarix: 2-08-2024, 11:29

Bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilin sonunadək daha 100-ə yaxın standartın hazırlanıb təsdiqlənməsi nəzərdə tutulub.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmunu və əmək şəraiti ilə bağlı minimum tələblərin məcmusu, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əhatə edir.

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında həmin standartlar əsas baza hesab edilir.

Son 5 ildə 1200-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi