lider-media.az

Kahramanmaraşda “Azərbaycan” məhəlləsindəki mənzillərin ilkin sahibləri fevralın 6-da müəyyən olunacaq

Baxış: 121 Tarix: 4-02-2025, 19:31

O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.

“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq”, - deyə o qeyd edib.Qeyd edək ki, bir sıra ölkələrin media nümayəndələri yeni yaşayış massivində aparılan işlərlə tanış olublar. Hazırda ərazidə abadlaşdırılma və ağacların əkilməsi işləri aparılır.

“Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi