lider-media.az

“Məşğulluğa Dəstək Layihəsi” üzrə son bir həftədə daha 170 şəxs üçün təsərrüfatlar qurulub

Baxış: 262 Tarix: 4-02-2025, 16:59

“Məşğulluğa Dəstək Layihəsi” üzrə son bir həftədə  daha 170 şəxs üçün təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının aktivlərlə təminatı davam edir.Layihə üzrə son bir həftədə daha 170 işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını qurublar.Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan Layihə həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək verir.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur.  Təlimləri uğurla bitirənlərə seçdikləri istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını qurmaları üçün avadanlıqlar verilir.

 

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi