lider-media.az

Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO

Baxış: 103 Tarix: 4-02-2025, 15:59

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.Tədbirlərdə Müdafiə Nazirliyi rəhbərliyinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, yeni tədris üsul və metodlarının seçilməsi ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Müasir taktiki üsulların işlənilməsi, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin, həmçinin intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin təchizatı, eləcə də rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi