lider-media.az

Bakıda “Tullantıları hədiyyələrə dəyiş” adlı festival keçirilib

Baxış: 385 Tarix: 30-03-2024, 18:01

Martın 30-da Beynəlxalq Sıfır Tullantı Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” adlı festival keçirilib.

Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Gənclik” parkında təşkil olunan tədbir çərçivəsində vətəndaşlar plastik butulkalar, şüşə bankalar və işlənmiş batareyalar təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Hədiyyələrə müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti daxildir.

Eyni zamanda, festivalda maraqlı viktorinalar, müxtəlif müsabiqələr də təşkil olunub.

Qeyd edilib ki, təkrar emal təbii sərvətləri qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir.

Təşkilatçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi