SOCAR-ın “yaşıl” istiqrazları “Bank Respublika”nın Mobil Şöbə tətbiqində!
“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafına təkan verəcək.SOCAR-ın "yaşıl” istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:
* Nominal dəyəri - 1 000 ABŞ dolları;
* Tədavül müddəti – 5 il;
* İllik gəlirlilik – 6%;
* Faiz ödənişi – rüblük.
Qeyd edək ki, “yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.İnvestorlar bu tarixə qədər sifarişlərini yerləşdirərək SOCAR-ın “yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, feysbuk, instaqram, linkedin, teleqram səhifələrində və ya bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.