Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən daima uca tutulur.Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı kəndində dünyaya göz açıb. 1985-ci ildə Qaracallı orta məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləyib. 1987-1989-cu illərdə sovet ordusu sıralarında Almaniya Demokratik Respublikasında hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra yenə doğma sovxozda əmək fəaliyyətini davam etdirib.
Bəylər 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna qəbul olunur, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, könüllü olaraq Milli Ordu sıralarına yazılır. Qorxmazlığı, cəsurluğu ilə ilk günlərdən diqqəti cəlb edən Bəyləri briqada komandiri bölmə komandiri təyin edir.
B.Ağayev Laçın rayonu ərazilərinin erməni işğalından təmizlənməsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərir. Bəylər yüksək hərbi biliyi və intizamı, cəsurluğu, igidliyi ilə yoldaşlarından fərqlənir. Tabor və briqada komandirləri, Müdafiə Nazirliyi qəhrəman döyüşçü kimi Bəyləri dəfələrlə mükafatlandırırlar. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər.
1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən şiddətli vuruşmada igid komandir Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşür. Bəylər üzünü döyüşçü dostlarına tutur: “İgidlərim, namərd düşmənin əlinə keçməmək üçün mühasirəni yarmalıyıq. Ola bilsin ki, bu, bizim son doyüşümüzdür. Biz bu döyüşdə ölümlə üz-üzəyik. Qoy olsun! Biz Vətən uğrunda ölümə gedirik. Amma qələbəyə gedirik. “İgidlərim, Azərbaycan uğrunda, Vətən uğrunda, irəli!”,-- deyib qabağa düşür. Bölmənin döyüşçüləri komandirin arxasınca hücuma keçib mühasirəni yarırlar. Cəsur döyüşçülər qranatamyot və qranatla düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edir, özləri də qəhrəmancasına həlak olurlar. İgid komandir və onun yoldaşları Qarağaclı kəndindəki Şəhidlər xiyabanında dəfn edilirlər.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Qubadlı rayon Qaracallı orta məktəbi onun adını daşıyır.
Bəylər nişanlı idi. Toy tədarükü görülmüşdü. Cəbhəyə hazırlaşanda atası toydan söz salmış, Bəylər: “İnşallah, toyu qələbədən sonra edərik”,-- demişdi.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Bəylər Ağayevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.


Xocalının Vətən Müharibəsi Şəhidləri
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?