lider-media.az

Orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər təşkil olunub

Baxış: 246 Tarix: 3-02-2025, 17:45

Agentlikdən verilən məlumata görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilir.
Təlimin ilk günündə iştirakçılar kredit sistemi ilə tədrisin təşkili, tədris sənədlərinin hazırlanması, təcrübənin təşkili və digər məsələlərlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, orta ixtisas təhsilinin idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, media və ictimaiyyətlə münasibətlər kimi müxtəlif mövzuları əhatə edən təlimlər 5 gün davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi