lider-media.az

BƏƏ ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Baxış: 183 Tarix: 3-02-2025, 16:37

BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru ilə görüşdə prioritet sahələrə sərmayə qoyuluşu müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. Ölkələrimiz arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində işbirliyinin gücləndirilməsi potensialı böyükdür.

Tərəflər Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi