lider-media.az

Milli Məclisin yaz sessiyasının ilk iclası başladı

Baxış: 1 080 Tarix: 3-02-2025, 11:20

Milli Məclisin (MM) yaz sessiyasında ilk plenar iclası başlayıb.

Sessiyanı parlamentin sədri Sahibə Qafarova açıq elan edib.Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Spiker yaz sessiyasının başlaması münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara səmərəli fəaliyyət arzulayıb.

Qeyd edək ki, MM-in bugünkü plenar iclasının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. İclasda qanunverici orqanın yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Milli Məclisin qərarı və digər qanun layihələrinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi