lider-media.az

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Baxış: 367 Tarix: 2-02-2025, 17:48

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulayıblar.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlar ilə çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi