lider-media.az

Prezidentin köməkçisi İranda növbəti mühüm görüşdə

Baxış: 49 Tarix: 2-02-2025, 17:46

prezidentin-komekcisi-iranda-novbeti-muhum-gorusde

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.Bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, - Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.Xatırladaq ki, Hikmət Hacıyev daha əvvəl İran Prezidentinin müşaviri Mehdi Sənayi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi