lider-media.az

Hikmət Hacıyev və İranın təhlükəsizlik katibi arasında müzakirələr

Baxış: 172 Tarix: 2-02-2025, 12:04

Hikmət Hacıyev və İranın təhlükəsizlik katibi arasında müzakirələr

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

 “Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib.Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi