Azərbaycan gənclər ölkəsidir.
Azərbaycan gənclər ölkəsidir. Təsadufi deyil ki, milli–mənəvi dəyərlərin daşıyıcısı, sabahın əsas qurucu quvvəsi sayılıb. Bu gün ölkə əhalisinin 30 faizindən çoxunu gənclər təşkil edir. Ölkəmizdə gənclər siyasətinin əsasının qoyulması umummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki gənclərə diqqət və qayğı Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb.
Əgər ulu öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsində çalışırdısa, müstəqillik illərində isə artıq onların dövlətin idarə olunmasında aparıcı qüvvə kimi görürdü. Ulu öndərin 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər sahəsi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir. Dərin nufuza, böyuk idarəçilik,dövlətçilik təcrübəsi sayəsində ölkəni parçalanmaqdan xilas edən ulu öndərimiz həmin ildə müxtəlif sahələri təmsil edən bir qrup gənci qəbul edərək onların arzu və istəklərini dinləmiş, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakını vacib məsələ kimi bəyan etmişdir. Göruşdəki nitqində ulu öndər gəncliyin və idmanın dövlətin qayğısına ehtiyacı olduğunu vurğulamışdır. Bildirmişdir ki cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Təcrubə göstərir ki gənclər siyasəti hər bir ölkənin mədəni irsinə, tarixi ənənələrinə uyğun inkişaf etdirilir.
Ulu öndərimiz 1995-ci ildə hər bir gəncin marağına uyğun olan bir təklif irəli surmuşdur. Bu təşəbbus Gənclər Forumunun keçirilməsi idi. Zaman subut etmişdir ki bu təşəbbus cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllində əhəmiyyətli rol oynamışdır.1996-cı ildə fevral ayının 2-də keçirilən Azərbaycan gənclərinin ilk forumu umummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirilmişdir. Həmin gün böyuk öndər bütün dövrlər üçün gəncliyin proqram-şuarı olacaq tarixi ifadəni də səsləndirmiş və onların qarşısında ən mühüm vəzifəni qoyaraq demişdir:Hər bir Azərbaycan ğənci hər şeydən artıq mustəqil Azərbaycanın bu günü, gələcəyi haqqında duşunməlidir”.
Daha sonra 1997-ci ilin fevralın 1-də forumun ildönümü munasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “ 2 fevral Azərbaycan gəncləri ğünün elan edilməsi haqqında“sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevral ayının 2-si Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. 1998-ci ildə Azərbaycan Gəncləri Gününun ikinci ildönümündə ulu öndərimiz demişdir: “Mən sizi gördükcə, daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham olaraq Azərbaycanı daha da qudrətli etməyə çalışırsan. Əmin ola bilərsiniz ki Azərbaycan dövləti, Azərbaycan Prezidenti siz gənclərin bütün hüqüqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. ...Azərbaycan gənclərinin yaxşı yaşaması,təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi bundan da əlimizdən gələni edəcəyik.”
Umummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təmin edib. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Ölkə başçısının fərmanı ilə təsdiqlənən Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları isə gənclərə geniş imkanlar açmışdır. Bu baxımdan Azərbaycanın resursları içərisində ən böyük resurs insan biliyi olduğunu qeyd edən Prezident cənab İlham Əliyevin maddi kapitalın insan kapitalına çevrilməsi real həyata uğurla vəsiqə qazanmaqdadır.
Möhtərəm Prezidentimiz gənclərlə keçirilən bütün görüşlərdə dəfələrlə vurğulayıb ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündur. Dunyanın ən tanınmış, nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı ilbəil artır. Xüsüsilə qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da gənclərdən öz diqqət və qayğısını əsirgəmir, onların respublikamızın layiqli vətəndaşları olması üçün var quvvəsi ilə çalışır. Fond gənclərimizin təhsildə, idmanda fərqlənmələri üçün rahat şərait yaratmışdır. Fondun təhsil və gənclərin problemlərinin həlli sahəsində gördüyü işlər digər ölkələr üçün nümünə olmalıdır.
Bir sözlə, Azərbaycan gəncləri ölkəmizdə Gənclər Siyasətinin uğurla həyata keçirilməsini və Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işləri yuksək dəyərləndirir və qiymətləndirir. Dünyanın muxtəlif yerlərində xalqımızı təmsil edən Azərbaycan gəncliyi hər bir sahədə uğur qazanmaqa çalışır.
Odur ki, Mustəqil Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, Vətənə, torpağa, sabahın işıqlı gələcəyinə inamdan məmnun olan gənclər ölkəmizin inkişafının bütün mərhələlərində yaxından iştirak edir və bundan sonra da edəcəklər.
Vətən müharibəsində müqəddəs torpaqlarımızı azad edən gənclər mustəqil respublikamızın daha qüdrətli, güclu dövlətə çevrilməsində var qüvvələrini əsirgəmədilər. 44 günlük Vətən müharibəsində 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər ki bunlardan da üçü sıravi əskər idi. Göstərdikləri müstəsna cəsarətə, qorxmazlığa, igidliyə görə cəmi 20 yaşında gənc əsgər Vüsal Yaqubov və 19 yaşında döyüşlərdə bir gözünü itirən Azər Abdullazadə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmələri bu gün gənclərimizə əsl gənclik və vətənpərvərlik nümunəsidir. Bu gənc qəhrəman Azər o qanlı-qadalı günləri xatirələrində qeyd edir ki, “ilk döyüşlərimiz Füzulinin kəndləri uğrunda getdi. Sonra Cəbrayıl istiqamətində davam etdik. Döyüş vaxtı insan başqa heç nə fikirləşmir. Ancaq düşməni məhv etmək, torpaqları azad etmək barədə düşünürsən. Ailəni belə unudursan. Şükür Allaha ki, güclü döyüşlər nəticəsində 30 ildir işğalda olan torpaqlarımızı 44 günə geri qaytardıq. Bu, güclü Azərbaycan oğullarının, güclü ordumuzun sayəsində oldu. Baş verən hadisələrdən ən yaddaqalan hadisələrdən biri döyüş yoldaşımın tankı ilə düşmən tankının üz-üzə gəldiyi andır. Həmin vaxt o, cəmi bir neçə saniyə qabağa düşərək düşmən tankını məhv edə bildi. Çox təsirli an idi. Düşmən tankının bizə bir mərmi belə atmağına imkan vermədi. Qürurverici hadisə idi. Bizə koordinatlar verilirdi, xəritələrlə irəliləyirdik. Düşmənin çox sayda hədəflərini vururduq. Onlardan biri bizim irəliləməyimizə mane olurdu. Mən atıcı olaraq həmin nöqtəni məhv edəndən sonra yolumuz açıldı və irəliləməyə başladıq. Düşmən bizim ordumuzla bacara bilmirdi. Biz bunun şahidi olmuşuq. Onlar ancaq mülki əhaliyə atəş açaraq bizi dayandırmağa çalışırdılar. Bunları söz xətrinə demirəm, birbaşa gördüyümüz hadisələrdir, silahlarını qoyub qaçırdılar”.
Bəli, bu gün ölkəmizin bütün vətənpərvər gəncləri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməklə dövlət siyasətini böyük ruh yuksəkliyi ilə qarşılayır, urəkdən bəyənirlər.