Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərin baxılmasına başlanılıb. Daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir və metodiki köməkliklər göstərilir.

Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasında yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyası ilə bağlı müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cür müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış və həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğu dəqiqləşdirilməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yaşayış massivi üzrə edilməlidir.
Qeyd edək ki, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər.


Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezident İlham Əliyev Fərman imzaladı
“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?