lider-media.az

Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

Baxış: 85 Tarix: 1-02-2025, 11:17

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda (Hİİ) Xarici dil mərkəzinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşkilatçılığı ilə keçirilən intensiv ingilis dili kursları başa çatıb.
Kursların başa çatması münasibətilə Hİİ-də buraxılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld və Britaniya Şurasının Britaniya Konsul təşkilatının Azərbaycan Respublikasındakı filialının direktoru Nərgiz Hacıyeva kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ingilis dilinin öyrədilməsində əməyi keçən professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi