lider-media.az

Kollegiya iclası keçirilib

Baxış: 217 Tarix: 31-01-2025, 20:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat verilib, yeni il üçün prioritetlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərlərinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən tədbirlər, ilin yekunları, rəqəmsal transformasiya sahəsində görülmüş işlər, ölkə ərazisində hidrometeoroloji şəbəkənin modernləşdirilməsi vəziyyəti, aparılan meşəbərpa tədbirləri, sürüşmə sahələrində ekzogen geoloji proseslərin inkişaf dinamikası və eyni zamanda digər sahələr üzrə hesabatları dinlənilib.

2025-ci ildə ölkədə keçirilməsi planlaşdırılan beynəlxalq və yerli tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılıb.
Yekunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi