lider-media.az

Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Baxış: 654 Tarix: 31-01-2025, 19:42

Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır. Ölkələrimiz arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək. Bununla yanaşı, investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanlar müzakirə olunub.  

Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi