lider-media.az

Azərbaycan nümayəndə heyəti Lefkoşada səfərdədir

Baxış: 108 Tarix: 31-01-2025, 15:33

Ziya Öztürkler Şimali Kiprdə səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Lefkoşada Rauf Denktaş və Fazıl Küçük adına II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Lider-media.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin bir qrup deputatı, QHT nümayəndələri və jurnalistlərlə görüşüb.

Ziya Öztürkler II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunun ölkəsinin beynəlxalq aləmdə tanınmasının artırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti yaşaya bilməsi və irəliləməsi üçün səyləri və mübarizəni artırmaq lazımdır. O, bu mübarizədə Türkiyənin hər zaman Şimali Kiprin yanında olduğunu deyib.  

“Bizim hazırda görəcəyimiz ən vacib iş ŞKTC-nin beynəlxalq səviyyədə daha yaxşı tanınmasına nail olmaqdır”, - deyə vurğulayıb.

Görüşdə iştirak edən tədbirin təşkilatçısı, Türk Birliyi Həmrəylik Assosiasiyasının (Türk-Bir) sədri professor Güvən Arıklı isə bildirib ki, simpoziumun hədəfi dünya ictimaiyyətinin ŞKTC reallıqları barədə bilgilərini artırmaqdır.

Şimali Kiprin azad, müstəqil və dinc inkişafının bütün türk dünyası üçün əhəmiyyət daşıdığını vurğulayan Azərbaycan Milli Məclisinin deputatları Anar İsgəndərov və Jalə Əliyeva ölkəmizin Kipr türklərini dəstəklədiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, simpoziuma 12 ölkədən 50-dən çox nümayəndə qatılıb.

 

Səadət Hakıyeva

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi