Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlanıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Qubad İslamov saxlanılıb.Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.Məlumata görə, onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ qızdırıcı şam aşkarlanaraq götürülüb.Həmçinin, polis əməkdaşları xidmətlə olarkən yol kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron aşkar ediblər.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||