lider-media.az

Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyə xüsusi xidmət orqanları Qəzza sektorunda beş girovu azad ediblər

Baxış: 231 Tarix: 30-01-2025, 18:50

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) Prezident Rəcəb Tayyib Ərdoğan Ərdoğanın tapşırığı ilə Qəzza zolağında “HƏMAS” təşkilatı tərəfindən saxlanılan tailandlı beş girovu azad etməyə nail olub.

Lider-media.az  Türkiyə məbuatına istinadən xəbər verir ki, girovlar yanvarın 30-da azad ediliblər.

Bundan əvvəl Türkiyə xüsusi xidmət orqanları Qəzza sektorunda yaşayan Türkiyə vətəndaşlarının, o cümlədən yaralı və xəstə fələstinli dinc vətəndaşların təxliyyəsində iştirak ediblər.

MKT həmçinin bir sıra dövlətlərin xahişi ilə Qəzza sektorunda girovluqda olan bir qrup xarici vətəndaşların azad olunmasında vasitəçi rolunu oynayıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi