lider-media.az

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının iclası keçirilib

Tarix: Dünən, 17:18

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 4-cü iclasında qurumun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2 layihənin investisiya təsdiq edilib, digər məsələlər müzakirə olunub.Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 4-cü iclası keçirilib. Tədbirdə Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda vurğulanıb ki, Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Bu baxımdan, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Fondun fəaliyyəti Qırğızıstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsini əhatə edir.

Qeyd olunub ki, ötən ilin aprelində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Sazişdə dəyişiklik edilməsi haqqında” imzalanmış Əlavə Saziş əsasında Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollaradək artırılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılması prosesinin sürətləndirilməsi üçün zəruri addımlar atılır. Hazırda Fond vasitəsilə maliyyələşmə çərçivəsində təqdim olunan layihələrə investisiyaların ayrılması məsələsinə baxılır.

İclasda Fondun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2025-ci il büdcəsi, təşkilati strukturu, ştat cəvdəli, eləcə də tikinti və enerji sahələri üzrə 2 layihənin investisiya hesabatı təsdiq edilib, digər məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi