lider-media.az

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Baxış: 1 621 Tarix: 30-01-2025, 10:49

Elçibəyin köməkçisi yenidən bələdiyyə üzvü seçildi
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib.Yekunda 1 milyon 874 min 810 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.
MSK-dan bildirilib ki, ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.Bələdiyyə üzvlüyünə seçilənlər arasında tanınmış şəxslər də var.

Onlardan biri də mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur. O Sabunçu bələdiyyəsinin üzvü seçilib.Qeyd edək ki, Oqtay Qasımov bundan əvvəlki seçkilərdə də həmin bələdiyyənin üzvü seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi