lider-media.az

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı

Baxış: 14 Tarix: 30-01-2025, 10:23

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1 faiz artaraq 4282,8 min olmuşdur. Gecələmələrin ümumi sayının 60,9 faizi Bakıda, 4,6 faizi Xaçmazda, 4,5 faizi Naftalanda, 4,5 faizi Qusarda, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,6 faizi Şabranda, 2,5 faizi Lənkəranda, 1,2 faizi Şamaxıda, 1,1 faizi Masallıda, 1,0 faizi Qaxda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə  müqayisədə 26,0 faiz artaraq 2348,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir.  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda,  4,6 faizi Qusarda, 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 24,2 faiz artaraq 1934,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,2 faizini təşkil edir.

2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq 694,2 milyon manat olmuşdur ki, onun da 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi