lider-media.az

Bahar Muradova: Seçicilərin tam sərbəst qaydada səs vermədə iştirak etməsi faktdır

Baxış: 46 Tarix: 29-01-2025, 14:43

Azərbaycanda növbəti dəfə keçirilən bələdiyyə seçkiləri normal şəraitdə baş tutur. Azərbaycanda keçirilən seçkilər artıq təkmilləşib və vətəndaşlar sərbəst şəkildə seçki hüququndan istifadə edərək istədikləri namizədə səs verirlər.Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun formada keçirilməsi onu deməyə əsas verir ki, səsvermə prosesinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub.

“Namizədlərin təbliğat və təşviqat kampaniyası üçün bütün imkanlar yaradılıb. Onlar ödənişli və ödənişsiz efir vaxtından istifadə edərək öz proqramlarını seçicilərin diqqətinə çatdırıblar. Seçkilərin təşkili, qanuna müvafiqliyi, vətəndaşların azad və sərbəst şəkildə iradələrini ifadə etməsi artıq müzakirə mövzusu deyil. Seçicilərin tam sərbəst qaydada səsvermədə iştirak etməsi faktdır. Təcrübə göstərir ki, həm seçicilər, həm namizədlər həm də seçki prosesini hazırlayanlar heç bir maneə və problemlə qarşılaşmayıblar. Bu prosesləri diqqətlə izlədiyim üçün seçkilərə hazırlıq prosesində ciddi bir nöqsan müşahidə etməmişəm. Hesab edirəm ki, seçki prosesi normal və qanunlara uyğun davam edir”, - deyə Bahar Muradova vurğulayıb.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağı azad etdi. Sevindirici haldır ki, bələdiyyə seçkiləri də ölkəmizin bütün ərazisində keçirilir ki, bu da Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu göstərir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi