lider-media.az

Vüqar Rəhimzadə Culfanın bir neçə kəndində şəhid ailələrini və ən yaşlı sakinləri evlərində ziyarət edib

Baxış: 263 Tarix: 28-01-2025, 19:34

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ərəfsə kəndində şəhidlərin əziz xatirəsinə ucaldılan “Şəhid Ruhu” abidə kompleksini ziyarət edib. Millət vəkili, həmçinin Qazançı kəndindən olan şəhid Aslanov Elsevər Eldar oğlunun, Ləkətağ kəndindən olan şəhid Əliyev Babək Əsgər oğlunun və Milax kəndindən olan şəhid Qəribov Cəmaləddin Vahid oğlunun ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının hər birinin keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman uca tutulur.
Şəhidlərin ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Ərəfsə kəndinin ən yaşlı sakini, 96 yaşlı Hüseynova İzzət Teymur qızını, Qazançı kəndinin ən yaşlı sakini, 98 yaşlı Süleymanova Gülgəz Əli qızını və Milax kəndinin ən yaşlı sakini, 91 yaşlı Hacıyeva Cığatel Hüseyin qızını evlərində ziyarət edib, onlara ən xoş arzularını çatdırıb.

Görüş zamanı kənd sakinləri dövlətimizin göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və ziyarət üçün millət vəkilinə təşəkkür ediblər.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi