

28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşdür. 1969-cu ildə Sumqayıt şəhər 10 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1977-ci ildə səkkizinci sinfi bitirərək, C. Naxçıvanski adına Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vurmuş və həmin il Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olmuşdur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. 1984-cü ildə leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərində yerləşən hərbi hissələrdə çalışmağa başlamışdır. O, 8 il burada işlədikdən sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. C.Səfərov bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunmuşdur. Ezamiyyət müddəti bitdikdən sonra o, döyüş bölgəsində qalmış və hərbi hissədə xidmət etməyi daha üstün tutmuşdur. O, Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsi azad edilmiş, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsi təmin edilmişdi.
Təcrübəli zabit C.Səfərov 15 may 1992-ci ildə Şuşa rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, onlarla erməni yaraqlısını məhv edərək, qəhrəmancasına həlak olmuşdur.Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun admı daşıyır. Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb