“Türkiyə və Ermənistan sərhədləri açıla bilər” – Politoloqdan İDDİA
“Ermənistan Baş naziri Nikol Paşinyan yavaş-yavaş "erməni soyqırımı" iddialarından geri çəkilir”.
Bunu Lider-media.az-a verdiyi açıqlamada politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İsveçrədə diaspora nümayəndələrinin qarşısında bu formatda Paşinyanın çıxışı, onun bu məsələdə kardinal dəyişikliklər etməsinin anonsudur.
“Soyqırımdan imtina etmək, Erməni Qriqoryan kilsəsinin Paşinyana qarşı hücumlarına rəvac verə bilər. Hətta diasporanın bəzi təşkilatları və kilsənin Paşinyana qarşı sui-qəsd etmə ehtimalı da olduqca yüksəkdir. Uzun illərdir ki, erməni diasporu və kilsə qondarma “soyqırım” ideologiyasi ətrafinda birləşib. Ermənistanın Baş naziri qeyd edib ki, “soyqırım” iddiaları SSRİ kluarlarında Türkiyənin NATO üzvü olduğu üçün təzyiq vasitəsi kimi yaradılıb. Bununla da "soyqırım"ın ermənilərin deyil, SSRİ rəhbərliyinin planı olduğu mesajını verib. Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir. Məhz Ankaranın şərti ilə Nikol Paşinyan “soyqırım” siyasətindən imtina edir. Hətta bunun üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmir. Bundan başqa, Ermənistan öz konstitusiyasından Türkiyəyə qarşı ərazi və soyqırım bəndlərini, dövlət gerbidən isə Ağrı dağı simvolunu çıxaracaq. Paşinyanın soyqırım iddialarından geri çəkilməsi 100 illik ermeni ideologiyasına böyük zərbədir. Ankara və İrəvan arasında konfidensial danışıqlar iki ölkə sərhədlərinin açılması ilə nəticələnəcək. Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəklində davam etdirir”.