lider-media.az

“Kapital Bank” “Birbank”da yaranan problemlə bağlı məlumat yaydı

Baxış: 849 Tarix: 27-01-2025, 21:11

Hazırda "Kapital Bank"ın "Birbank" tətbiqində problem yaranıb.Hazırda kartın mobil tətbiqinə daxil olmaq mümkün deyil."Kapital Bank" məsələ ilə bağlı açıqlama verib."Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik" - açıqlamada deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi