lider-media.az

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: 27-01-2025, 17:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:


1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılsın:

1.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

1.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

1.8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

1.10. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

1.11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.12. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

1.13. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

1.14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

2. Bu Fərmanın 1.1–1.6-cı bəndlərində nəzərdə tutulan dövlət orqanlarının dövlət qulluqçusu olmayan, əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün qüvvədə olan Vahid Tarif Cədvəlinə uyğun məbləğlərdə müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərmanın 1.1–1.14-cü bəndlərində nəzərdə tutulan dövlət orqanları və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

5. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi